Özbəkistan 27 ölkəyə qarşı viza rejimini ləğv edir 06 Dekabr 2016 02:00 Dünya 2017-ci il aprelin 1-dən müxtəlif yaş kateqoriyalarına aid 15 ölkənin, habelə 55 yaşa çatan 12 ölkə vətəndaşları Özbəkistana vizasız gedə biləcəklər. Yerli mətbuatın yazdığına görə, müvafiq fərmanı dekabrın 2-də indiki prezident Shavkat Mirziyaev imzalayıb. Sənəddə Avstraliya,Avstriya,Böyük Britaniya, Almaniya, Danimarka, İspaniya, İtaliya, Kanada, Lüksemburq, Niderland, Koreya Respublikası, Sinqapur, Finlandiya, İsveçrə və Yaponiya sakinlərinə qarşı viza rejiminin qaldırılması nəzərdə tutulur. Söhbət yalnız 30 günlük vizadan gedir. Həmçinin yaşı 55-ə çatan Belçika, İndoneziya, Çin,Malayziya, ABŞ, Fransa, Vyetnam, Polşa, Macarıstan, Portuqaliya və Çexiya vətəndaşları gələn il aprelin 1-dən Özbəkistana 30 günlük vizasız səfər edə biləcəklər. Vizanın qiyməti 50 ABŞ dolları civarında olacaq.(azadliq.org) Teqlər : #Özbəkistan 27 ölkəyə qarşı viza rejimini ləğv edir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Myranmardan 21 min rohingiyalı müsəlman Banqladeşə sığınıb Pakistan polisi Ərbəin ziyarətindən qayıdan zəvvarları saxladı
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO