MÜBARƏK RAMAZAN AYININ 23-CÜ GÜNÜNÜN DUASI (AUDİO)

MÜBARƏK RAMAZAN AYININ 23-CÜ GÜNÜNÜN DUASI (AUDİO)

Ramazan ayı təqvimi və gündəlik duaları

 Bakıda sübh azanı saat 03:26-da,  axşam azanı isə saat 20:32-dədir.

 

اَللّـهُمَّ اغْسِلْني فيهِ مِنَ الذُّنُوبِ، وَطَهِّرْني فيهِ مِنَ الْعُيُوبِ، وَامْتَحِنْ قَلْبي فيهِ بِتَقْوَى الْقُلُوبِ، يا مُقيلَ عَثَراتِ الْمُذْنِبينَ

Duanın oxunuşu: Əllahumməğsilni fihi minəz-zunub, və təhhirni fihi minəl uyub, vəmtəhin qəlbi fihi bitəqvəl qulub, ya muqilə əsəratil muznibin.

Duanın tərcüməsi: İlahi, bu gün mənim günahlarımı yu, məni eyiblərdən təmizlə, qəlbimə qəlblərin pərhizkarlığı ilə qurtuluş ver! Ey günahkarların xətalarına göz yuman!

İFTAR DUASI

للَّهُمَّ لَكَ صُمْتُ وَ عَلَى رِزْقِكَ أَفْطَرْتُ وَ عَلَيْكَ تَوَكَّلْتُ يَا وَاسِعَ الْمَغْفِرَةِ اغْفِرْ لِي

Duanin oxunuşu: Əllahummə ləkə sumtu və əla rizqikə əftərtu və ələykə təvəkkəltu, ya vasiəl məğfirəti iğfir li.

Duanın tərcüməsi: İlahi, Səndən ötrü oruc tutdum, Sənin verdiyin ruzi ilə iftar edib Sənə təvəkkül edirəm. Ey geniş bəxşiş sahibi, mənim günahlarımı bağışla!

Ramazan ayının gecələrində qılınması müstəhəb olan namaz

23-cü gün - 8 rukət (Hər rukətdə 1 Həmd,1 istənilən surə)
 

Google+ WhatsApp ok.ru