Müsəlmanlar etiraz etdi, Çin hökuməti məscidinin sökülməsini dayandırdı 13 Avqust 2018 01:00 Dünya Çinli müsəlmanların etirazının ardınca yerli hökumət məscidin sökülməsini dayandırıb. Maide.Az xəbər verir ki, Channel News Asia televiziyasının xəbərinə görə, Ningşia Hui Muxtar Vilayətinin Veycou yerli hökumət Çin Mədəniyyət İnqilabı zamanı sökülən və ötən il bərpa edilərək ibadət üçün müsəlmanların ixtiyarına verilən 600 illik “Veycou Came” məscidinin sökülməsi qərarını təxirə salıb. Qeyd edək ki, bir neçə gün öncə Hui müsəlmanları yerli hökumətin məscidi sökmə qərarına qarşı etiraz aksiyası keçirmiş, bu prosesi dayandırmağı tələb etmişdi. Xatırladaq ki, Çində 23 milyon müsəlman yaşayır. Ölkədəki 56 etnik qrupdan 10-u müsəlmandır. Hui (Çinli müsəlmanlar) ilə Uyğur, Qırğız, Qazax, Tacik, Tatar, Özbək, Salar, Baoan və Dongşiang etnik azlıqları, sıx olaraq ölkənin şimal və şimal-qərbində yaşayır. Teqlər : #Müsəlmanlar etiraz etdi,#Çin hökuməti məscidinin sökülməsini dayandırdı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Baş nazir: İtaliyada yeni məscid tikilməyəcək Hindistanda leysan yağışlar nəticəsində 774 nəfər ölüb
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO