Müxtəlif ölkələrdə FİTR bayramı necə keçirilir?

Müxtəlif ölkələrdə FİTR bayramı necə keçirilir?

Müsəlman ölkələrinin hər birində və dünyanın müxtəlif ölkələrində yaşayan müsəlmanlar Fitr bayramını özlərinəməxsus şəkildə qeyd edir.
 
Fitr bayramı hər il mübarək Ramazan ayının sonunda müsəlmanlar tərəfindən təntənəli şəkildə keçirilən ən önəmli İslami bayramlardan biridir.
 
Dünyanın müxtəlif ölkələrində yaşayan müsəlmanlar bu bayramı yaşadıqları ölkələrdə olan qanunlar çəçivəsində sevinclə qeyd edir.  
 
Bəzi ölkələrdə yaşayan müsəlmanlar mübarək Ramazan ayının sonunda üç gün Fitr bayramı şənliyi keçirir. Bəzi müsəlmanlar isə qeyri- İslami ölkələrdə yaşadıqları üçün bu bayramı öz aralarında qeyd etsələr də dövlət tərəfindən bayram münasibəti ilə xüsusi bir tədbir və ya tətil yoxdur.
 
Vətənimiz Azərbaycanda  Ramazan ayının sonunda 2 gün bayram elan olunur. Həmin gün ölkənin müxtəlif bölgələrində məscidlərdə bayram namazı qılınır. İnsanlar bir-birlərini təbrik edir və şirniyyatlar paylanılır.  
 
"Metro" xəbər və informasiya portalı İngiltərədə yaşayan müsəlmanların Fitr bayramı şənliyi haqqında yazır: "Ramazan ayının sonunda Fitr bayramı keçirilir. Bayram günü ilk saatlarda müsəlmanlar bayram namazı qılırlar. Namazdan sonra müsəlmanlar bazara gedir halal qida məhsulları alır. Bəzi ticarət mərkəzləri bayram münasibəti ilə xüsusi endirimi də edir".
 
"Timeanddate" xəbər və informasiya portalı ABŞ-da keçirilən Fitr bayramı barəsində yazır: "ABŞ-da Fitr bayramı günü tətil yoxdur. Amma Nyu-Yorkun ümumi təhsil ocaqları bu bayram günü tətil edilir. Bayram günü islami bazarlar da daha tez bağlanır. Müsəlmanlar işləyən müxtəlif məşğuliyyət sahələri bayram günü az işləyir. Kanada və Avstraliyada da vəziyyət ABŞ-dakı kimidir.
Hindistanda isə Fitr bayramı günü ölkənin rəsmi tətil günlərindən biridir. Həmin gün dövlət idarələri, banklar, poçt idarələri və digər rəsmi müəssisələr tətildir. Müsəlmanların iş yerləri də həmin gün ya qısaldılmış iş rejiminə keçir və ya işi tətil edir. Hindistanlı müsəlmanlar bayram keçirmək və bayram namazını qılmaq üçün böyük bir ərazini hazırlayır. Bayram namazından sonra isə Qüds günü münasibəti ilə böyük və izdihamlı yürüş keçirilir".
 
"Office Holidays" xəbər və informasiya portalının Pakistan müsəlmanlarının Fitr bayramı ayini barədə yaydığı məlumatda deyilir: "Pakistanlıların Fitr bayramı mərasimi "Şirkurma" adlanır. Pakistanda dövlət bu bayram münasibəti ilə üç gün rəsmi tətil elan edir. Pakistanlılar hər il bu bayram münasibəti ilə ənənəvi şirnilərini hazırlayır. Bu şirini süd və şəkərdən hazırlanır. Bu şirini bayram namazından sonra digər bayram sovqatları ilə birgə camaat arasında paylanılır.
 
Türkiyə isə Fitr bayramına "Ramazan vəliməsi" deyirlər və bu münasibətlə ölkədə üç gün rəsmi tətil elan edilir. Bu günlərdə uşaqlara dəsmala bükülmüş pul və şirini bayram hədiyyəsi olaraq verilir.
 
İndoneziyada isə Fitr bayramına "Libran" deyirlər. "Libran" bayramında dövlətin bütün işçilərinə əlavə maaş və hüquq verilir.
 
Sinqapur müsəlmanları Fitr bayramı günü yeni və təmiz geyimlər geyinərək bayram namazı qılanan yerə gəlir. Namazdan sonra isə valideynlərin və böyüklərin görüşünə gedərək onlara təşəkkür edib, halallıq alır. Onların inancına görə böyüklərdən halallıq almaq çox ciddi və mühüm bir məsələdir. Onlar daha sonra isə yaxınları və dostlarının görüşünə gedir. Ev sahibləri qonaqları qarşılayır və uşaqlara bayram hədiyyəsi verirlər. (iqna)/
 

Google+ WhatsApp ok.ru