Məsciddə döyülmüş şəxs dünyasını dəyişdi 11 Aprel 2018 01:00 Dünya -- Sankt-Peterburq Mərkəzi məscidində Sankt-Peterburq Mərkəzi məscidində döyülən gözətçi ölüb. Maide.Az "Sputnik"-ə istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin şəhər üzrə Baş idarəsinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Sankt-Peterburqda məsciddə döyülmüş yaşlı kişi ağır yaralanmadan ölüb. Məlumata görə, şübhəli həbs olunaraq psixiatriya klinikasına aparılıb. Daha əvvəl isə məlumat verilmişdi ki, Kronverksk prospektində yerləşən məsciddə 20 yaşlı gənc 1974-ci il təvəllüdlü gözətçini vəhşicəsinə döyüb. Şəxslər arasında baş verən mübahisənin səbəbləri araşdırılır. Hadisə ilə bağlı "Qəsdən sağlamlığa zərər vurma, ehtiyatsızlıqdan zəzərçəkmişin ölümünə səbəb olma" maddəsi ilə cinayət işi açılıb. Teqlər : #Məsciddə döyülmüş şəxs dünyasını dəyişdi , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Kazimeyn (ə) hərəmi şəhadət mərasiminə hazırlaşır - VİDEO Sergey Skripalın qızının saxlanıldığı yer məlum olub
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO