Nəhcül-Bəlağə Tatar dilində tərcümə və çap olunub

Rusiya İslami Araşdırmala mərkəzinin təşəbbüsü ilə Nəhcül-Bəlağənin qısa sözlər və hikmətlər bölümü tatar dilinə tərcümə olunub.
Maide.az xəbər verir ki, tərcümə  Ufa şəhər İxlas dini  fondu və  Uveys Qərəni  Hikmət  müəssisəinin əməkdaşlığı ilə ərsəyə gəlib.
Kitabın tərcüməsini Ufa şəhərinin İxlas  məscidinin imamı Məhəmməd Qulam Mustafa tərcümə edib. Hazırda Nəhcül-Bəlağənin  digər bölümləri  də onun tərəfindən tatar  dilinə tərcümə olunur.
Tərcümə olunmuş hikmətlər və qısa sözlər  bölümü 180 səhifəlik kitabda  toplanıb.
Kitab Moskvada  çap olunub və içərisindəki mətn  iki dildə (ərəb və tatar) yazılıb.

Google+ WhatsApp ok.ru