Sionist İsrail ordusunda intiharların sayı artır

Sionist İsrail ordusunda intihar hadisələrinin sayı artıb.
Deyerler.org Dunyabulteni-nə istinadən xəbər verirki, 2015-ci ildə sionist İsrail ordusunda 15 əsgərin intihar etdiyi bildirilib.
Günahsız insanları qətlə yetirən, evlərindən didərgin salan işğalçı sionist İsrail ordusunun ən böyük problemlərindən biri olan intiharın qarşısını almaq üçün etdiyi bütün səyləri nəticəsiz olub.
Sionist İsrail rejimi Müdafiə Nazirliyi tərəfindən açıqlanan rəqəmlərə əsasən, keçən il 15 sionist əsgər naməlum səbəbdən intihar edib. Bu rəqəm 2013-cü il ilə müqayisədə 2 dəfə artım deməkdir.
İntihar hadisələrində ən diqqət çəkən məqam isə özünə qəsd edən əsgərlərdən 3-nün Efiopiya mənşəli olmasıdır. Açıqlamada intiharların ruhi problemlərdən qaynaqlandığı qeyd edilsə də, intihar hadisələrinin çoxu şübhəli görünür. /
 

Google+ WhatsApp ok.ru