Nardaran susuz, telefonsuz, benzinsiz qalıb

«Nardarana elektrik verilişi tam bərpa edilməyib. Bundan başqa kəndin suyu da, telefonlarımız da kəsilib. Kəndin yaxınlığındakı benzindoldurma məntəqəsi də bağlanılıb».
 
Nardaran kənd Ağsaqqallar Şurasının sədri Natiq Kərimov AzadlıqRadiosuna belə deyir. Onun sözlərinə görə, kəndə giriş və çıxışa icazə verilmir. Polisin və yerli sakinlərin qurduğu postların da yerində qaldığını söyləyir.
 
Bununla belə, o, qəsəbədə durumun sabit olduğunu bildirir.
 
«Azərişıq»dan bildirirlər ki, Nardaran sakinlərinin 42 milyon manatdan çox borcu olduğu üçün elektrik enerjisi kəsilib. Hələlik «Azərsu» ilə danışa bilməmişik. /

Google+ WhatsApp ok.ru