NATO-nun növbəti sammitinin vaxtı açıqlanıb

NATO-nun növbəti sammitinin vaxtı açıqlanıb

NATO-nun növbəti zirvə görüşü dekabr ayında Londonda keçiriləcək.
 
Bu barədə təşkilatın mətbuat xidməti bildirib.
 
“NATO-nun dövlət və hökumət başçılarının növbəti görüşünü 2019-cu ilin dekabr ayında Londonda keçirmək barədə alyans ölkələri arasında razılıq əldə edildiyini bildirməyə şadam”, – Baş katib Yens Stoltenberq deyib.
 
Təşkilatın başçısı həmçinin qarşıdakı görüşün NATO ölkələrinin “qarşılaşdığı və qarşılaçacağı təhdidləri, NATO-nun bundan sonra da bir milyarddan çox əhalisinin təhlükəsizliyini təmin etməyin yollarını müzakirə etmək üçün” imkan yaradacağını söyləyib.
 
Qeyd edək ki, əvvəlki zirvə görüşü ötən ilin iyul ayında Brüseldə keçirilib. /Report /

Google+ WhatsApp ok.ru