‘İraq digər dövlətlərin müstəqilliyi və suverenliyinə ziyan vurmayacaq’ – Ayətullah Sistani 06 Fevral 2019 15:53 Dünya Ayətullah Seyid Əli Sistani BMT-nin sentyabr ayından İraqdakı missiyasının rəhbəri və xüsusi nümayəndəsi olan Janin Hennis-Plasşerti qəbul edib. Maide.Az "JamejamDaily"ə istinadən xəbər verir ki, görüşdə dünya ictimaiyyətini və beynəlxalq qurumları İraqın yeni hökumətinə ölkədəki problemlərin aradan qaldırılmasında yardımçı olmağa çağıran Ayətullah Sistani BMT-nin xüsusi nümayəndəsinə bu işlərdə müvəffəqiyyətlər arzu edib. Korrupsiyanın aradan qaldırılması, insanların həyat səviyyəsinin yüksəldilməsindən söz açan Ayətullah Sistani əsasən Bəsrə əhalisinin çətinliklərinin həll edilməsinin zəruri olduğunu diqqətə çatdırıb. İŞİD-lə müharibənin iraqlılara baha başa gəldiyini qeyd edən Ayətullah Sistani, müharibədən əziyyət çəkmiş xalqın yenidən öz evlərinə qaytarılmasının və həmin yerlərdə infrastrukturun bərpasının hökumətin əsas vəzifəsi olduğunu ifadə edib. Eyni zamanda həmin yerlərdə yenidən ekstremist cərəyanların yaranmaması üçün səy göstərilməli olduğunu vurğulayan Ayətullah Sistani beynəlxalq qurumları bu işdə İraq hökumətinə yardımçı olmağa çağırıb. “İraq bütün ölkələrlə, o cümlədən qonşu ölkələrlə ümumi maraqlar naminə dostluq əlaqələrdə olması üçün səy göstərir. ABŞ prezidenti deyir ki, "İraqda hərbçiləri saxlayacağıq ki, İrana nəzarət edək". Amma İraqı heç bir ölkənin daxili işlərinə qarışmır və digər dövlətlərin müstəqilliyi və suverenliyinə ziyan vurmayacaq”. Teqlər : #‘İraq,#digər,#dövlətlərin,#müstəqilliyi,#və,#suverenliyinə,#ziyan,#vurmayacaq’,#–,#Ayətullah,#Sistani, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru NATO-nun növbəti sammitinin vaxtı açıqlanıb ABŞ prezidentinin Böyük Britaniyaya səfəri gözlənilir
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO