NATO Əfqanıstanda dinc sakinləri öldürdüyünü etiraf etdi 12 Yanvar 2017 02:00 Dünya NATO komandanlığı bu gün yayımladığı hesabatda etiraf edib ki, Amerika qüvvələri ötən il Əfqanıstanın şimalında Qunduz əyalətində 33 dinc sakini öldürüb. Maide.Az xəbər verir ki, bu hadisə ötən ilin noyabr ayının 3-də baş verib. NATO 33 əfqanıstanlı dinc sakinin öldürülməsi faktını “özünü müdafiə” kimi qələmə verib. NATO-nun hesabatında bildirilir ki, “ehtimal olunur ki, dinc sakinlər o cümlədən kişilər, qadınlar və uşaqlar Talibanın atəş açdığı binaların içərisində olub”. Bu hadisədə 2 amerikalı və 3 əfqanıstanlı əsgər də həlak olub. Dinc sakinlərin qətliamı Əfqanıstan xalqının etirazına səbəb olmuşdu. NATO bəyanatında bildirib ki, təssüflər olsun ki, araşdırmaların nəticələri göstərir ki, bu hücumda 33 dinc sakin öldürülüb və 27 nəfər yaralanıb. Qeyd edək ki, BMT də dinc sakinlərin ölümünü “qəbul olunmaz” adlandırıb və bu hadisə ilə bağlı araşdırmalar başaldıb. Bu araşdırmaların nəticələri yanvar ayının sonuna kimi açıqlanmalıdır. Amerika 2001-ci ildə “terrorla mübarizə” layihəsi çərçivəsində Əfqanıstana hücum edib. Baxmaayraq ki, bu hücum nəticəsində Taliban hakimiyyətdən getdi, lakin bu ölkənin hər bir yerində sabitsizlik hələdə hökm sürür. NATO qüvvələri 2001-ci ilin sonlarından Əfqanıstanda yerləşdirilib. Teqlər : #NATO Əfqanıstanda dinc sakinləri öldürdüyünü etiraf etdi , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Şaxtadan 73 nəfər ölüb Airbus-un ilk təyyarəsi artıq İranda - FOTO
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO