Airbus-un ilk təyyarəsi artıq İranda  - FOTO

Airbus-un ilk təyyarəsi artıq İranda - FOTO

Fransa istehsalı olan ilk Airbus təyyarəsi bu gün yerli vaxtla saat 14:45-də Tehranın Mehrabad hava limanında yerə oturub.
 
Maide.Az xəbər verir ki, təyyarənin qarşılanma mərasimində İranın yol və şəhərsalma naziri, ölkənin Aviasiya Təşkilatının sədri və digər məsul şəxslər iştirak edib. 
 
İran Air aviasiya şirkəti tərəfindən alınan ilk Airbus təyyarəsini iranlı pilotlar idarə edəcək və ölkə daxilindəki uçuşlar üçün nəzərdə tutulub.
 
İran Air və Airbus şirkəti arasında 100 təyyarənin alınmasına dair 10.5 milyard dollarlıq müqavilə ötən ilin dekabr ayında imzalanıb. Müqaviləyə əsasən Airbus şirkəti İrana 46 ədəd A320 tipli təyyarə, 38 ədəd A330 tipli təyyarə və 16 ədəd A350 XWB tipli təyyarə təhvil verəcək. 
 
Airbus şirkəti 2017-ci ildə İrana daha 7 təyyarə təhvil verəcəyini açıqlayıb.   
 
 

Google+ WhatsApp ok.ru