Naxçıvanda ata və oğul traktorun içində boğularaq ölüb

Naxçıvanda faciəli hadisə baş verib.
 
APA-nın məlumatına görə, noyabrın 5-də Şərur rayonunun Muğancıq-Müslüm kəndində yaşayan Fərrux Mahmudov oğlu Əlövsətlə birlikdə “Belarus” markalı traktorda evdən çıxıb və geri qayıtmayıb. Noyabrın 6-da Arpaçayın Çəmənli kəndinin ərazisindən keçən hissəsində Fərrux və Əlövsət Mahmudovların meyitləri traktorun içərisində tapılıb. Onlar çayda boğulublar. 
 
Faktla bağlı araşdırma aparılır.

Google+ WhatsApp ok.ru