Bakıda “Audi” yanaraq külə döndü - Video

Noyabrın 7-i axşam saatlarında Badamdar qəsəbəsində, Bakı şəhər Baş Polis İdarəsinin qarşısında avtomobil yanıb.
 
Maide.az musavat.com-a istinadən məlumat verir ki, “Audi” markalı avtomobil yanaraq külə dönüb. Xoşbəxtlikdən hadisə zamanı sürücü xəsarət almayıb.
 
İlkin ehtimal kimi avtomobilin yanmasının səbəbi mühərrikdə elektrik naqillərinin alışması göstərilir.
 
Hadisə yerinə FHN və polis əməkdaşları cəlb olunub. Avtomobilin kimə məxsus olduğu hələlik məlum deyil./
 

Google+ WhatsApp ok.ru