Nazir müavini: İraqda olan azərbaycanlı uşaq və qadınlarla bağlı müzakirələrə hazırıq

Nazir müavini: İraqda olan azərbaycanlı uşaq və qadınlarla bağlı müzakirələrə hazırıq

-- bir çox ölkələrə uşaqların qaytarılmasında kömək ediblər

İraqda olan azərbaycanlı uşaq və qadınlarla bağlı İraq hökuməti olaraq danışıqlar aparmağa, müzakirələr keçirməyə hazırıq.
 
Maide.Az bildirir ki, Trend-in mılumatına görə, bunu jurnalistlərə açıqlamasında İraq xarici işlər nazirinin müavini Said Şorş Xalid deyib.
 
O qeyd edib ki, bir çox ölkələrə uşaqların qaytarılmasında kömək ediblər:
 
"Məsələn, Rusiyaya İraqda qalan 27 uşağın qaytarılmasında kömək etmişik. Azərbaycanla da müzakirələrə hazırıq və onların geri qaytarılması ilə bağlı müvafiq qərar qəbul edə bilərik".
 

Google+ WhatsApp ok.ru