İndoneziyada təyyarə itdi

İndoneziyanın Aviastar Hava Yollarına aid kiçik sərnişin təyyarəsi ilə rabitə itib

Maide.az xəbər verir ki, İndoneziyada Masambadan Makassar əyalətinə doğru hərəkət edən Aviastar Hava Yollarına aid kiçik sərnişin təyyarəsi ilə əlaqə kəsilib və təyyarədə 10 nəfərin olduğu bildirilir.
 
Nəqliyyat Nazirliyinin sözçüsü Julius Barata məsələ ilə bağlı verdiyi açıqlamada təyyarə ilə əlaqənin Makassar əyalətinə enməsinə 30 dəqiqə qalmış kəsildiyini bildirərək, təyyarədə 3 ekipaj ilə 7 sərnişininin olduğunu deyib.
 
Təyyarənin axtarış işlərinə başlanması üçün bölgəyə xüsusi qrupun göndərildiyini bildirilir.

Google+ WhatsApp ok.ru