Ermənistanda yenidən aksiya gözlənilir

Maide.az xəbər verir ki, uzun müddət gərgin olan Ermənistan siyasətində bu gün yenidən təlatüm gözlənilir. Belə ki, paytaxt İrəvanda konstitusiya islahatları əleyhinə ilk mitinqin keçiriləcəyi gözlənilir.
 
Erməni mediasının yazdığına görə, etiraz aksiyasını Erməni Milli Konqresi, “İrs” partiyası, Ermənistan Xalq Partiyası və “Təsis parlamenti” təşkil edib. Bu arada isə “İsrafçılığa son!” hərəkatının rəsmisi bildirib ki, mitinq əvvəlkilərdən izdihamlı olacaq. O qeyd edib ki, müxtəlif müxalif qruplardan müsbət rəylər alınıb.
 
Mitinqin əsas məqsədinin parlamentdə konstitusiya islahatları ilə bağlı keçiriləcək səsverməyə təsir etmək olduğu bildirilir.

Google+ WhatsApp ok.ru