İndoneziyanın paytaxtında `Peyğəmbərin həyatı` adlı sərgi təşkil olunub

İndoneziya paytaxtı Cakartada 34-cü Beynəlxalq Kitab Sərgisi tədbirinin çərçivəsində keçirilən, Peyğəmbərin həyatına həsr olunmuş sərgi şəhər sakinlər tərəfindən sevinclə qarşılanıb.

Maide.az-ın məlumatına görə, İndoneziya dilində keçirilən bu tədbir Səudiyyə Ərəbistanının pavilionunda təşkil olunub.
İndoneziya sakinləri bu tədbirdə Peyğəmbərin həyatı ilə tanış olduqları üçün  çox seviniblər.
Sərgidə mötəbər mənbələrə əsaslanan, Peyğəmbərin həyatını təcəssüm edən sənət əsərləri nümayiş olunub.
Bundan əlavə, pavilionda Quranın müxtəlif dillərdə tərcümələri və dini kitablar nümayiş olunub.
İndoneziyada 34-cü Beynəlxalq Kitab Sərgisi oktabrın 31-dən başlayıb, noyabrın 9-dək davam edəcək. //

Google+ WhatsApp ok.ru