Neftin qiyməti düşür: səbəblər

Neftin qiyməti düşür: səbəblər

"Bakupost" saytında isə "Ötən həftənin əvvəlindən neftin qiymətinin ucuzlaşmasının 3 səbəbi var" sərlövhəli məqalə diqqət çəkir.
 
Müəllif son günlərdə dünya bazarında neftin qiymətinin düşməsinin səbəblərini
 
"Neft Araşdırmaları Mərkəzi"nin rəhbəri İlham Şabanla müzakirə edir.
 
Müəllifin sözlərinə görə, "BakuPost"a açıqlamasında İlham Şaban neftin dəyərdən düşməsinə 3 səbəb göstərir.
 
İ.Şabana görə, neftin qiymətinin enməsinə birinci səbəb 2019-cu ilin yanvarından şist neft hasilatını rekord səviyyədə artıracağı ilə bağlı ABŞ-ın bəyanatıdır:
 
Mərkəz rəhbəri neftin ucuzlaşmasına təsir edən ikinci səbəb kimi ABŞ və Çin arasındakı ticarət savaşının qlobal iqtisadiyyata təsirini göstərir. Onun sözlərinə görə, 2019-cu ilin birinci rübündə dünya iqtisadiyyatında artım tempinin zəifləyəcəyi kimi ilkin proqnozlar var, dünya iqtisadiyyatında inkişaf tempi zəifləyirsə, deməli, enerji resurslarına tələbat da azalacaq.
 
İ.Şaban neftin qiymətinə mənfi təsir edən üçüncü amil kimi Rusiyanın energetika naziri Aleksandr Novakın 2019-cu ildə Rusiyanın rekord həddə neft hasil edəcəyi bəyanatını göstərir: "Bu açıqlama bazarlara həddən artıq neqativ təsir göstərdi. Çünki Rusiya hazırda dünyada ikinci ən böyük neft hasilatçısıdır. Həm də Rusiya OPEC+ ölkələri formatında əldə edilən razılaşmaya əsasən, gələn il neft hasilatını 228 min barel azaldacağı barədə öhdəlik götürüb".
 
Ekspert neftlə bağlı həm ABŞ-ın, həm də Rusiyanın bəyanatlarından irəli gələrək, belə bir rəy təqdim edir ki, OPEC+ ölkələrinin dünya bazarında neftin qiymətinin sabitləşdirilməsi üçün bu il dekabrın 7-də Vyanada gündəlik neft istehsalının 1,2 milyon barel azaldılması barədə öhdəliyi neftin qiymətini qaldıra bilməcək: "Əgər Rusiya kimi ölkə neft hasilatını rekord həddə çatdırırsa və bunu gələn ilin başlanğıcından azalda bilmirsə, ABŞ da neft hasilatını artıracağını bəyan edirsə, 2019-cu ildə yavaş-yavaş OPEC+ ölkələrinin neft hasilatını azaltması bazardakı izafi neftin yığışdırılmasına imkan verməyəcək".
 
İ.Şaban iddia edir ki, dünya neft bazarında kifayət qədər izafi neft var və bundan irəli gələrək, treyderlərə istinadən sabah neftin bahalaşacağı yox, daha ucuzlaşacağı ehtimalı çox böyükdür.
 
 

Google+ WhatsApp ok.ru