Nepalda təkrar zəlzələnin qurbanlarının sayı 136 nəfərə çatıb

Nepalda mayın 12-də baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 136 nəfərə çatıb.Bu barədə ölkənin Fövqəladə hallar üzrə Milli Mərkəzindən bildiriblər.
 
Daha əvvəl qurbanların sayının 117 nəfər olduğu deyilirdi.
 
Son məlumatlara əsasən, iki güclü zəlzələ nəticəsində ümumilikdə 8485 nəfər həlak olub, 101 182 nəfər xəsarət alıb.

Google+ WhatsApp ok.ru