Netanyahu: “Hərbi əməliyyatlar daha da gücləndiriləcək”

İsrail Qəzzaya hərbi hücumu daha da gücləndirib. Təxminən iki həftədir davam edən əməliyyat nəticəsində çoxu mülkü olan 355 nəfər həyatını itirib. Fələstin rəsmilərinin açıqlamalarına görə, son bir həftədə hücum nəticəsində 65 nəfər şəhid olub. Qeyd edək ki, İsrail Qəzzaya havadan və dənizdən də hücum edir. Sionist rejimin baş naziri verdiyi açıqlamada bildirib ki, hərbi əməliyyatlar daha da gücləndiriləcək. O bildirib ki, hədəfələri Həmasın istifadə etdiyi tunel sitemidir.
 
Qeyd edək ki, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan İsrailin soyqırım etdiyini söylərkən, ABŞ prezidenti Barak Obama Təl-Əvivin özünümüdafiə haqqını dəstəklədiyini ifadə edib. 

Google+ WhatsApp ok.ru