Qocaları, uşaqları və qadınları İsrailin qırğınından qaçırırlar (FOTO)

İsrailin ağır silahlarla qurudan və havadan təşkil etdiyi hücumlara səhər saatlarında tuş gələn ailələr, uşaqların qışqırıqları, qadınların ağlama səsləri arasında Qəzzanın şəhər mərkəzinə doğru qaçırlar.
 
Maide.az-ın məlumatına görə, mərkəzi İsveçrədə yerləşən Euro-Mid təşkilatının rəhbəri Rami Abdu İsrailin Qəzzanın sərhəd bölgələrinə hədəf güdmədən davam etdirdiyi hücumlar səbəbiylə insanların evlərindən qaçmaq məcburiyyətində qaldığını vurğulayıb.
 
Buna görə Qəzzanın şərqində təxminən 50 min adamın evsiz qaldığını deyən Abdu, "İsrail təyyarələri sıx şəkildə Qəzzanın şərqini bombalayır. Əsasən da vətəndaşların evlərini hədəf alır" söyləyir.
 
İsrailin hücumlarına başlamasından bu yana evsiz qalan insanların sayının 135 minə çatdığını deyən Abdu, İsrail ordusunun 3121-i havadan, 1545-i dənizdən, 1923-ü də qurudan olmaqla Qəzzaya 6 min 589 raket atdığını bildirib.
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru