İngiltərə Baş naziri Kameron Avropa Birliyinə `Yox` dedi

İngiltərə Baş naziri Devid Kameron İngiltərə Parlamentinin alt qanadını keçən həftə Brüsseldə qatıldığı və büdcə mövzusunda böhran yaşanan AB zirvəsiylə əlaqədar məlumatlandırıb. Kameron ölkəsinin Avropa Birliyinin tələb etdiyi 2,1 milyard avroluq ortaq büdcə payını ödəməyəcəyini təkrarlayıb.
 
Maide.az xəbər verir ki, İngiltərə iqtisadiyyatının bir çox Avropa ölkəsinin iqtisadiyyatına görə daha sürətli böyüdüyünü, bu səbəbdən İngiltərədən ortaq büdcəyə daha çox pay tələb edilməsinin sürpriz olmadığını deyən Kameron, "ancaq heç bir zaman bizdən 2,1 milyard avro tələb edilməmişdi. Bu miqdar qəti şəkildə qəbul edilməzdir. Tələb edilən miqdar, İngiltərə vergi mükəlləflərinin puludur. Bu səbəbdən bu miqdar araşdırılmalıdır", - deyib. Kameron İngiltərənin 1 dekabrda AB-yə 2,1 milyard avro ödəməyəcəyini vurğulayaraq, belə danışıb: "Bu miqdardakı tələbi rədd edirik. İstifadə edilən metodologiyaları, statistikaları sorğulayacağıq və araşdıracağıq. AB-nin dəyişməsi və təkrar etibar qazanması lazımdır."

Google+ WhatsApp ok.ru