İordaniyadan sionist rejimə boykot

Sionist rejimi boykot etmək və işğal rejimiylə əlaqələri normallaşdırmağı rədd etmək üçün İordaniyadakı 60 təşkilat "İordaniya Boykot Edir Hərəkatı" adı altında toplaşıblar. Birgə açıqlama verən hərəkat ölkədəki digər ictimai təşkilatlara çağırış edərək, onlara qatılmalarını istəyib.
 
Maide.az xəbər verir ki, mövzuyla əlaqədar bu gün (29 oktyabr) mətbuata açıqlama verən hərəkat, "Vadi Ərəb müqaviləsinin iyirminci ilində İordaniya xalqı Fələstin xalqının yanında ərəb xalqlarına davamlı hücum edən işğalçı İsraillə əlaqələri normallaşdırmağı rədd etdiyini bir daha təkrarladı", - deyib.
 
İordaniyadakı bütün rəsmi və özəl təşkilat və qurumların özlərinə qatılmalarını istəyən hərəkat işğalçının Fələstin torpaqlarını işğalından imtina etməsi, mühacirlərin dönüşünü təmin etməsi və Fələstin xalqının bütün haqlarına qovuşması üçün işğalçı üzərində təzyiq yaradacaq şəkildə işğalçını təkləşdirməyə və onu boykot etməyə dəvət etdiklərini bildirirlər.
 
İşğalçı rejimlə işləyən şirkətlərə qarşı dəqiq rəftar göstərən hərəkət, onlara ərəb bazarını və ya işğal rejiminin bazarını seçmələri lazım olduğunu xatırladıb.

Google+ WhatsApp ok.ru