İngiltərənin baş nazirindən dinlərin təhqirinə dəstək

Britaniyanın Baş naziri Devid Kemeron bildirib ki, Roma Papası Fransiskin digərlərinin imanını lağa qoymamağa çağıran fikirləri ilə razı deyil.
 
Parisdə Charlie Hebdo jurnalına hücumdan sonra Papa bəyan etmişdi ki, kimisə onun anasını söyərsə, o zaman zərbə gözləməlidir.
 
Maide.az-ın məlumatına görə, Kemeron bildirib ki, azad cəmiyyətdə başqalarının dini hisslərini təhqir etmək hüququ mövcuddur. 
 
“Mən xristianam. Əgər kimsə İsa haqqında nalayiq bir ifadə işlədərsə, mən bunu təhqiramiz hesab edə bilərəm, lakin azad cəmiyyətdə buna görə qisas almaq hüququm yoxdur”, - deyə, o, Amerikanın CBS telekanalına müsahibəsində bildirib.
 
Kemeronun sözlərinə görə, mətbuat kiminsə təhqiramiz hesab edəcəyi materialları dərc etmək hüququna malikdir, lakin bir şərtlə ki, həmin materiallar qanunu pozmasınlar.
 
Xatırladaq ki, ötən həftə Roma Papası Fransisk bəyan etmişdi ki, Charlie Hebdo jurnalının karikaturaçıları kimi başqalarının dini inanclarını lağa qoyan təxribatçılar zərbə gözləməlidirlər.
 
“Mənim yaxşı dostum həkim Qasparri anamı söyərsə, o zaman məndən zərbə gözləsin. Bu normaldır. İnsanları təhrik etmək, başqalarının imanını təhqir etmək olmaz. Başqalarının dinini lağa qoymaq olmaz”, - deyə, Papa ötən həftə jurnalistlərə bildirmişdi.
 
Maraqlıdır ki, Devid Kameronun azad söz haqqındakı açıqlamaları nədənsə qondarma Holokost soyqırımı barədə özünü doğrultmur. İngiltərədə Holokost barədə deyilən fikirlərin boş sözlərdən ibarət olduğun söyləyən kimsəyə həbs cəzası nəzərdə tutulub.

Google+ WhatsApp ok.ru