İngiltərəyə ekstradisiya edilən İŞİD-çi gənclər azadlığa buraxıldı

İŞİD-ə qatılmaq üçün Suriyaya getmək istədikləri iddiası ilə İstanbulda yaxalanaraq İngiltərəyə ekstradisiya edilən Britaniya pasportlu 3 gənc azadlığa buraxılıb.
 
Maide.az xəbər verir ki, London polisinin açıqlamasında, İngiltərəyə qayıdan 3 nəfərin terror aktı çərçivəsində nəzarətə alındıqdan sonra girovla sərbəst buraxıldığı bildirilir. Açıqlamada ikisi 17, biri 19 yaşlı gənclərin Londonun mərkəzindəki məntəqəyə may ayının əvvəlində təkrar çağırılacağı qeyd edilib.
 
İŞİD-ə qatılmağı qarşısına məqsəd qoyduğu bildirilən Britaniya pasportlu 3 nəfərin, İspaniya üzərindən Türkiyəyə getdiyi bildirilmişdi.
 
Qeyd edək ki, sözügedən şəxslər İngiltərədə yoxa çıxmalarından sonra polisin istəyi ilə Türkiyədə saxlanılmışdı.

Google+ WhatsApp ok.ru