İngiltərə vətəndaşları London ətrafındakı İslam sərgisinə böyük maraq göstərib- FOTO

Yüzlərlə Britanya vətəndaşı London ətrafında yerləşən “Wimbledon Park” məscidində təşkil olunmuş İslam İncəsənət sərgisində olublar.
Maide.az xəbər verir ki, yüzlərlə Britanya vətəndaşı və turist “İslam Tarixi” adlı bu sərgiyə tur şəklində gələrək, İslam tarixi və incəsənəti, eləcədə  maket şəklində hazırlanan dünyanın məşhur mscidləri ilə tanış olublar.
“Wimbledon Park”məscidinin rəhbəri Tələt Malik bununla bağlı deyib ki, bu sərginin təşkili məscidin ətrafında yaşayan sakinlərə bir növ təşəkkür və minnətdarlıq anlamı daşıyır. “Onlar müsəlmanlarla Ramazan ayı boyunca və Qurban bayramında təmkinli davranıblar və elə buna görədir ki, bölgənin müsəlman əhalisi rahat və sərbəst şəkildə öz dini mərasimlərini və ayinlərini birlikdə həyata keçirirlər.”
T.Malik əlavə edib ki, Məscidə və sərgiyə gələn bütün şəxslər buna görə çox sevinirdilər. “Onlardan bir çoxu buna qədər məsciddə olmamışdılar. Bu baxımdan, məscidin qapılarının ziyarətçilərin üzünə açıq olması və rəhbərlik tərəfindən isti münasibət göstərilməsi onlarda dərin təəssürat yaratmışdır.”  
Malik qeyd edib ki, müxtəlif düşüncəli qonaqlardan sorğu keçirmək məqsədi ilə anketi doldurmaq xahiş olundu. Alınan cavablar inanılmaz dərəcədə müsbət idi və onu göstərirdi ki, hər 10 nəfərdən 8 nəfəri gələcəkdə yenidən məsciddə və sərgidə olmaq arzusunda olduqlarını bildirib.
Qeyd edək ki, sərgi “Wimbledon Park”məscidinin təşkilatçılığı və  «Exhibition Islam» Təşkilatının dəstəyi ilə keçirildi. Gələcəkdə “Durensford şosesi” məscidində daha bir İslam İncəsənəti sərgisinin keçirilməsi nəzərdə tutulub. /
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru