Bütün Peru bu gəncin cəsarətindən danışır

Balaca itin xilası üçün ö həyatını riskə atdı

Maide.az xəbər verir ki, Perunun Loreto bölgəsində kiçik bir it kanal quyusuna düşüb. Heyvanın kömək fəryadlarını eşidən insanlar isə ona kömək etmək üçün hərəkətə keçib. Həyatını təhlükəyə ataraq olduqca dar olan quyuya düşən bir gənc, aşağı sallanan kəndirlə iti sıx bağlayıb. Sonra iti yuxarı çəkiblər. Qısa müddət sonra da balaca itin həyatını xilas edən gənc adam quyudan çıxıb, həyat xilas etməyin xoşbəxtliyi və alqışlarla.

Google+ WhatsApp ok.ru