İngiltərənin beş böyük şəhərində avtobusların üzərində `Sübhan Allah` yazıları asılacaq

“İslamic Relief” adına İslami xeyriyyə cəmiyyəti  İngiltərənin  5 böyük şəhərində avtobusların üzərində “Sübhan Allah” sözü yazılmış plakartlar yapışdıracaq. 
 
Maide.Az xəbər verir ki,  bu plakartlar may ayının 23-dən müsəlmanların ən çox yaşadığı  London, Birmingham, Bradford, Manchester və Leicester şəhərlərində  640  şəhərdaxili avtobusun üzərinə yapışdırılacaq. 
 
Bu  təşəbbüs  “İslamic Relief” adına İslami xeyriyyə cəmiyyəti  tərəfindən  Suriya müharibəsi  qurbanlarına yardım toplamaq məqsədi ilə həyata keçiriləcək.  Xeyriyyə cəmiyyəti ümid edir ki, Ramazan ayı öncəsi  bu plakartların avtobusların üzərində yapışdırılması insanları yardım etməyə daha da maraqlandıracaq.
 

Google+ WhatsApp ok.ru