İngiltərədə 4 milyon uşaq yoxsulluq içində yaşayır

İngiltərədə 4 milyon uşaq yoxsulluq içində yaşayır

Pediatriya və Uşaq Sağlamlığı üzrə Royal kollec və Uşaq Yoxsulluğuna qarşı fəalliyyət qrupunun birgə açıqladığı hesabatda bildirilir ki, Britaniyada 4 milyon uşaq yoxsulluq içində yaşayır. 
 
Maide.Az beynəlxalq KİV-lərə istinadən bildirir ki, hesabata görə, bu rəqəm gələn 10 il ərzində daha da çoxalacaq.  
 
Hesabat Britaniyanın müxtəlif bölgələrində fəaliyyət göstərən 250 uşaq həkimindən sorğu əsasında hazırlanıb. Məlum olub ki, yoxsulluq Britaniyalı uşaqların sağlamlığına “dağıdıcı” təsir göstərib. 
 
Bildirilir ki, yoxsul ailələr məcburiyyətdən südə su qatıb, uşaqların yeməklərini azaldıb və onları nəmli evlərdə böyüdür. “Hər 5 həkimdən 3-ü bildirib ki, ərzaq təminatı və əhalinin lazımi ərzağı təmin etməkdə çətinliklə üzləşməsi uşaqların sağlamlığına mənfi təsir göstərir”. 
 
Statistikaya əsasən, 2022-ci ildə britaniyalı yoxsul uşaqların sayı 5.1 milyon nəfərə çatacaq. /
 

Google+ WhatsApp ok.ru