Nigeriyada bilinməyən bir xəstəlik yayılıb

Nigeriyada bilinməyən bir xəstəlik yayılıb

-- 30 nəfər öldü

Ötən 2 həftə ərzində  Afrikanın qərbində,  Nigeriyanın  Jigawa əyalətində  30 nəfər bilinməyən bir xəstəlikdən həyatını itirib. 
 
Maide.Az “dunyabulteni”nə istinadən xəbər verir ki,  həyatını itirən insanlarda baş və bədən ağrıları olub, yüksək qızdırma və huşunu itirmələr olub. 
 
Nigeriya Səhiyyə Komissiyası rəhbəri  Abba Zakari  verdiyi açıqlamada deyib ki, ölən insanların  xəstəliyinin səbəbini müəyyən etmək mümkin olmayıb.  
 
O bildirib ki, onlarla insan  bu xəstəlikdən əziyyət çəkir. “Hazırda xəstəliyinin səbəblərini müəyyənləşdirmək üçün  xəstələrdən analizlər götürülüb və araşdırma aparılır.”
 

Google+ WhatsApp ok.ru