Nigeriyada 200 İmam Hüseyn (ə) əzadarı həbs olunub

Nigeriyada 200 İmam Hüseyn (ə) əzadarı həbs olunub

Nigeriyanın Kano şəhərində ən az 200 İmam Hüseyn (ə) əzadarı həbs olunub. 
 
Maide.Az xəbər verir ki, bunu İslami İnsan Haqları Qrupu yayımladığı bəyanatda bildirib.
 
Bəyanatda deyilir ki, Aşura günü əzadarlıq mərasimindən sonra polis ən az 200 nəfəri həbs edərək polis bölməsinə aparıb. 
 
Qeyd edək ki, ötən gün Nigeryanın müxtəlif bölgələrində ordu qüvvələri İmam Hüseyn (ə) əzadarlarına hücum edib, ən az 14 nəfərin şəhid olduğu bildirilir. 
 
Nigeriyanın Kano, Fantoua, Sukutu və Jus şəhərlərində şiələrinin İslami Mərkəzlərinə gözyaşardıcı qaz və odlu silahlarla hücum olub. 
 
İranın Xarici İşlər Nazriliyi bəyanat yayaraq Nigeriyada baş verən bu hücumları pisləyib, Nigeriya hökumətindən istəyib ki, İfratçı qruplar tərəfindən törədilən zorakılıq və vəhşiliyin qarşısını alsın.
 
Nigeriya ordusu ötən il ölkənin İslami Mərkəzində əzadarlıq edən şiələrə hücum etdi və 1000-ə yaxın şiəni şəhid etdi. Şiələrin rəhbəri Şeyx İbrahim Zəkzakini yaralı olduğu halda həbs etdi. Şeyx Zəkzaki və onun həyat yoldaşı hələ də həbsdə saxlanılır. Bildirilir ki, Şeyx Zəkzakinin gözlərindən biri görmə qabiliyyətini itirib. 
 

Google+ WhatsApp ok.ru