WikiLeaks: `İŞİD-i Səudiyyə və Qətər maliyyələşdirirlər`

WikiLeaks: `İŞİD-i Səudiyyə və Qətər maliyyələşdirirlər`

İŞİD terror qruplaşmasını Səudiyyə və Qətər maliyyələşdirir
 
Maide.Az xəbər verir ki, bu barədə məlumat “WikiLeaks” saytı tərəfindən dərc edilən ABŞ prezidentliyinə namizəd Hillari Klintonun yazışmalarının üçüncü hissəsində yer alıb.
 
H.Klintonun hazırkı seçkiöncəsi qərargahının rəhbəri Con Podestaya göndərilən məktublardan birində Klinton ABŞ-ın “Yaxın Şərqdə terrorçuları dəstəkləyən Səudiyyə Ərəbistanı və Qətər hökumətinə” təzyiq göstərməli olduğu barədə yazır.
 
Xüsusilə bu ərəb dövlətlərinin hökumətinin maliyyə və logistika baxımından terrorçulara, o cümlədən İŞİD-ə dəstək verdiyi bildirilir. Adıçəkilən ölkələrin rəsmiləri aşkara çıxan bu məlumatları hələlik şərh etməyiblər. /

Google+ WhatsApp ok.ru