Nigeriyada şiələrə hücumda 300 insan, habelə şiələrin liderinin ailəsi də şəhid edilib: Kütləvi nümayişlər başlayıb -YENİLƏNİB - FOTO - VİDEO

Nigeriya əsgərləri Nigeriya İslam Hərəkatının lideri Şeyx İbrahim Zəkzəkinin oğlu Səid İbrahim Zəkzəkini öldürüblər.

 

Deyerler.org ABNA-ya istinadən xəbər verir ki, Nigeriya İslam Hərəkatının media forumunun rəhbəri İbrahim Musa Nigeriya ordusunun ölkənin Əhli-Beyt (ə) davamçılarına hücumu ilə bağlı bəyənat verib. "İslam Hərəkatının üzvləri ilə yanaşı hərəkatın aparıcı simaları, o cümlədən Kano Mərkəzinin lideri əsgərlər tərəfindən şəhid edilib. Onlar arasında Şeyx Muhəmməd Turi, Dr. Mustafa Səid, Malamya İbrahim Usman və bacısı Jummai Gilima da var. Həmçinin İslam Hərəkatının liderinin oğlu Səid Əli Zəkzəki, xanımı Malama Zinət İbrahim də əsgələrin hücumu zamanı şəhid ediliblər. Şeyx İbrahim əl-Zəkzəki isə həbs edilib".

 

Bəyanatda bildirilib ki, Nigeriya ordusu hərəkatın qərargahını blokadaya aldıqdan sonra, heç kəsə fərq qoymadan ağır hərbi silahlarla vəhşicəsinə Əhli-Beyt (ə) ardıcıllarına qarşı hücum ediblər.

 

Əsgərlərin daha sonra İslam Hərəkatının Gyallesu məntəqəsindəki iqamətgahını atəşə tutduğu bildirilib. Bundan başqa Bəqiyyətullah Hüseyniyəsində də xeyli sayda silahsız insanların qətlə yetirildiyi bəyənatda qeyd olunub.

 

"Gyallesudakı qətliam o qədər qəddarlıqla edilib ki, atışma zamanı hətta yaralananlar daha sonra soyuqqanlılıqla əsgərlər tərəfindən müəyyən edilərək şəhid ediliblər. Və bu press-reliz yazılan zaman xəsarət alanların yüzlərə, bəlkə də minlərlə çatacaqdır.

 

Nigeria ordusu tərəfindən pozulan fundamental insan hüquqları və mühakiməsiz qətləri nəzərə alaraq, İslami Hərəkatı bu yersiz hərəkətləri qınayır. Biz qəti şəkildə bildiririk ki, ordu qərargah rəisinə qarşı sui-qəsdə cəhd ağ yalandan başqa bir şey deyildir ki, bu bəhanə ilə hücuma başlanıldı.

 

Şübhəsiz ki, ordu vasitəsilə Nigeriya hökuməti qəzəblə indi İslam hərəkatına, onun üzvləri və strukturlarına qarşı müharibə aparır. Bu hücumun miqyası hökumət orqanları tərəfindən nəzərdə tutulmuşdu və indi də amansızlıqla yerinə yetirilir. COAS Burutaidə hücumla bağlı irəli sürülənlər sadəcə bəhanədir. Ona görə də, qətlin icraçısı kimi bütün göstəricilərin hökumətə göstərdiyi üçün biz əsassız yerə günahsız insanların öldürülməsi, yaralanmasına səbəbilə Nigeriya və beynəlxalq ictimaiyyətə baş verənlərə müdaxilə etməyə çağırırıq".

 

Şeyx İbrahim Zəkzəkinin dörd oğlundan üçü keçən il Beynəlxalq Qüds Günü mərasimində yenə Nigeriya ordusunun hücumu zamanı şəhid edilmişdilər.

 

Qeyd edək ki, milyonlarla Nigeriya xalqı ordunun günahsız insalara qarşı qətliamına etiraz etmək üçün küçələr axışıblar.

 

 

*****
 
Nigeriyanın şimali Kaduna əyalətində əzadar şiələrə silahlı qüvvələr hücum edib, qarşıdurma baş verib, 7 nəfər həlak olub. 
Maide.az xəbər verir ki, qarşıdurma Nigeriya Silahlı Qüvvələrinin Qərargah rəsinin karvanı Zariya şəhərində şiələrin hüseyniyyəsinin yanından keçərkən baş verib. Belə ki, ordunun karvanı keçərkən şiələr Boko Haram-ın bir neçə gün öncə öldürdüyü şiələr üçün yas mərasimi keçirirmiş və yol bağlı olub. Silahlı Qüvvələr yolu açmaq üçün əzadar şiələrə atəş açıblar. 
Hələlik ölən və yaralananlar haqqında dəqiq məlumat yoxdur, lakin ilkin məlumata görə, 7 nəfər həyatını itirib. 
Qeyd edək ki, Nigeriya ordusu ötən ildə Qüds günü mitinqləri zamanı şiələrə hücum etmişdi.  Zarya şəhəri Nigeriyanın şimalında yerləşir və şiələrin məskunlaşdığı önəmli şəhərlərindəndir. /
 
 
 

 

Nigeriyada Əhli-beyt (ə) davamçılarına hücumda 300 insan, habelə Əhli-beyt (ə) davamçılarının liderinin ailəsi də şəhid edilib: Kütləvi nümayişlər başlayıb


Nigeriyada Əhli-beyt (ə) davamçılarına hücumda 300 insan, habelə Əhli-beyt (ə) davamçılarının liderinin ailəsi də şəhid edilib: Kütləvi nümayişlər başlayıb


Nigeriyada Əhli-beyt (ə) davamçılarına hücumda 300 insan, habelə Əhli-beyt (ə) davamçılarının liderinin ailəsi də şəhid edilib: Kütləvi nümayişlər başlayıb


Nigeriyada Əhli-beyt (ə) davamçılarına hücumda 300 insan, habelə Əhli-beyt (ə) davamçılarının liderinin ailəsi də şəhid edilib: Kütləvi nümayişlər başlayıb


Nigeriyada Əhli-beyt (ə) davamçılarına hücumda 300 insan, habelə Əhli-beyt (ə) davamçılarının liderinin ailəsi də şəhid edilib: Kütləvi nümayişlər başlayıb

 
 

Google+ WhatsApp ok.ru