Rusiyada xəstəxanada dəhşətli yanğın: 23 nəfər öldü- YENİLƏNİB

Rusiyanın Voronej vilayətindəki psixonevroloji dispanserdə baş verən yanğında ölənlərin hamısının cəsədi tapılıb, ölənlərin sayı 23-ə çatıb
 
***
Rusiyanın Voronej şəhərində psixonevroloji dispanserdə baş vermiş güclü yanğın nəticəsində 21 nəfər ölüb.
 
İTAR-TASS xəbər verir ki, bu barədə Rusiya FHN-nin Regional Mərkəzindən bildirilib.
 
“Hazırda yanğın qurbanlarının sayı 21 nəfərdir” - qurumun məlumatında bildirilir.
 
Yanğın nəticəsində itkin düşmüş hesab edilən daha 2 nəfərin axtarışları davam etdirilir.
 
Yerli polisdən verilən məlumata görə, yanğın zamanı tibbi personaldan xəsarət alan olmayıb.
 
Tibbi personaldan 4 nəfər xilas olunub. Onlar 55 xəstənin binadan çıxarılmasına kömək ediblər  oxu.az/

Google+ WhatsApp ok.ru