Nigeriyada İslami Düşüncə mövzusunda illik seminar keçirilib - FOTO

Nigeriyada İslami Düşüncə mövzusunda illik seminar keçirilib - FOTO

Nigeriya  İslami Hərəkatının  təşəbbüsü ilə  bu ölkənin  Yuçi  əyalətində   İslami Düşüncə  mövzusunda  illik seminar keçirilib. 
 
Maide.Az xəbər verir ki,  seminarda çıxış edənlər zülm qarşısında  İslam ümmətinin vəhdətinin zəruriliyindən danışıblar. 
 
Nigeriya sünni  alimlərindən olan  Şeyx İdris  Əbdüləziz İslam dünyasındakı mövcud vəziyyət və  üzləşdiyi problemlərdən danışıb.  
 
O, İslam Dünyasında  baş verən əsas problemlərin təfriqə,  qarşılıqlı anlaşma və hörmətin olmaması, insan haqlarının pozulması və  zülm  olduğunu  bildirib və bu problemlərin aradan qaldırılmasının zəruriliyini vurğulayıb.
 
Şeyx  Əbdüləziz  Zariyada şiələrin qətliam edilməsini pisləyib və  bu cinayəti törədənlərin cəzalandırılmaması və Nigeriya hökuməti tərəfindən faciə qurbanlarına dəymiş ziyanını ödənilməməsini utanc  verici  adlandırıb. 
 
O,  Şeyx Zəkzakiyə Zariya qurbanlarına görə baş sağlığı verib və  Zəkzakinin sağalması üçün dua edib. 
 
Daha sonra  tanınmış vəkil  Məhəmməd Əbubəkr Nigeriya konistitusiyasında insanların  hüquqlarından sözaçıb.  
 
Nigeriyanın tanınmış ruhanilərindən Nuradəm  Həkimi Yuçi də çıxış edib  və  Şeyx Zəkzakinin  şəxsiyyəti və hədəfləri haqqında danışıb. 
 
Seminarda çıxış edənlər  daha sonra  Şeyx Zəkzakinin  sağlamlıq durumundan narahat olduqlarını və onun heçbir şərt olmadan  sərbəst buraxılmasını tələb ediblər. 
 
Çıxış edənlər  insanları zülm  və ayrı-seçkilik qarşısında  bir olaraq mübarizə aparmağa dəvət ediblər.  
 
 
 
 
 

Google+ WhatsApp ok.ru