Cənubi Koreyada hərbi bazada partlayış olub: bir zabit ölüb, ikisi yaralanıb 16 Avqust 2016 01:00 Dünya Partlayış sualtı qayıqların təmir edildiyi yerdə olub Cənubi Koreyada hərbi dəniz donanmasının bazasında baş verən partlayış nəticəsində bir nəfər ölüb, 2 nəfər yaralanıb, bir nəfər isə itkin düşüb. "Report" TASS-a istinadən xəbər verir ki, hadisə ölkənin cənubunda yerləşən Kyonsan-Namdo əyalətinin Çxanvon şəhərinin ərazisində qeydə alınıb. Partlayış sualtı qayıqların təmir edildiyi yerdə olub. Xəsarət alanlardan birinin vəziyyəti ağır olduğundan ölənlərin sayının artacağı ehtimal edilir. Məlumata görə, partlayışın dalğası fəhlələrdən birini dənizə vurub atdığından onun axtarışı aparılır. Ölən və xəsarət alanların zabit olduğu da bildirilib. Partlayış təmir qurğusunun sınağı zamanı baş verib. Hadisə ilə bağlı istintaq başlayıb. / Teqlər : #Cənubi Koreyada hərbi bazada partlayış olub: bir zabit ölüb,#ikisi yaralanıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Nigeriyada İslami Düşüncə mövzusunda illik seminar keçirilib - FOTO 200 milyondan çox insan hava çirklənməsi səbəbindən vaxtından əvvəl öləcək
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO