Nigeriyada törədilmiş 2 partlayış nəticəsində azı 31 nəfər ölüb, bir partlayışın qarşısı isə alınıb

Nigeriyanın Cos şəhərində bir-birinin ardınca iki partlayış törədilib. Partlayışlar nəticəsində 31 nəfər ölüb. “Hazırda 31 nəfərin meyiti aşkarlanıb, lakin xilasedicilər hadisə yerində işi davam etdirilir. Ölənlərin sayının artacağı istisna olunmur”, deyə müvafiq qurumlardan bildirilib.
 
Maide.az xəbər verir ki, partlayışın “Boko Haram” terror qruplaşması tərəfindən törədildiyi ehtimal olunur.
 
Bundan əlavə Nigeriya polisi terror aktı planlaşdırmaqda şübhəli bilinən 13 yaşlı qızı saxlayıb.
 
Qız bir neçə saat öncə iki partlayışın törədildiyi Kano şəhəri yaxınlığında xəstəxanada saxlanılıb. Məlumata görə, qızın üzərində “şəhid kəməri” aşkarlanıb.  

Google+ WhatsApp ok.ru