Ali-Xəlifə rejim qüvvələri Hüseyn (ə) əzadarlarına hücum edib

Bəhreynin təhlükəsizlik qüvvələri  Sitrə adasında İmam Hüseyn(ə) əzadarlarına hücum ediblər.
Maide.az-ın beynəlxalq KİV-lərə istinadən məlumatına görə, hücum zamanı gözyaşardıcı qazlardan istifadə olunub. Hücum nəticəsində bir qrup insan bədən xəsarəti alıb və ya tənəffüs problemi ilə üzləşib.
Əzadarlıq dinc şəraitdə keçirildiyi zaman təhlükəsizlik qüvvələrinin hücumuna məruz qalıb. Əzadarlar da hələ bu basqının səbəbini bilmirlər.
Şahidlər bildiriblər ki, mərasim iştirakçıları onun dinc olmasına rəğmən, qəflətən basqına məruz qalıblar.  /

Google+ WhatsApp ok.ru