Nigeriya şiələrinin rəhbərinin son durumu qızının dilindən

Şeyx Zəkzaki və onun həyat yoldaşı (Zinət İbrahim)  hazırda xəstəxanada nəzarətdə saxlanılır və  bir müddət öncə  Nigeriya İslami Şurası Birliyinin vəkillərindən 3 nəfər  aprelin əvvəlində  xəstəxanada  onunla görüşüb.  Maide.Az xəbər verir ki, bu sözləri  Şeyx Zəkzakinin qızı  Zəkiyyə Zəkzaki   İqna agentliyinə müsahibəsində deyib. 
 
Onun sözlərinə görə,  aprelin əvvəlindən  sonra  Şeyx Zəkzaki ilə əlaqə  kəsilib və daha heç bir yeni məlumat yoxdur. “Şeyx Zəkzainin bir gözü görmə qabiliyyətini itirib,  digər gözü zəif görür.  Ayaqlarını yaxşı hərəkət etdirə bilmir,  qarnından güllə yarası alıb. Güllələrdən birini çıxartmaq mümkin olmayıb, bir neçə əməliyyat olub və daha bir neçə əməliyyat olmalıdır ki, gülləni çıxarda bilsinlər.”
Qeyd edək ki,  "Amnesty International" beynəlxalq hüquq-müdafiə təşkilatı Nigeriya ordusunun 2015-ci ildə şiələrin qətliamı zamanı törətdiyi  cinayətlərin üstünü açıb. 
"Amnesty International"  öz hesabatında bəyan edir ki, Nigeriya hərbçiləri ölkədə fəaliyyət göstərən İslam Hərəkatı icmasının sıralarında qadın və uşaqların da olduğu 350 üzvünü güllələyərək yandırıb və gizli şəkildə dəfn ediblər.
 
Xatırladaq ki, 2015-ci ilin  dekabrın ortalarında Nigeriya ordusu Zarya şəhərində şiələrin toplaşdığı Bəqiyyətullah hüseyniyyəsi və Nigeriya İslami Hərakatının rəhbəri Şeyx Zəkzakinin evinə hücum edib. Hücum zamanı Şeyx Zəkzaki yaralanıb və həbs olunub.  Onun 3 övladı şəhid edilib.  İnsan haqları təşkilatları Nigeriya ordusunun Kaduna əyalətində Zarya şəhərinə hücum zamanı ən az 300 Əhli –Beyt (ə) tərəfdarının öldürüldüyünü elan ediblər. Bəzi məlumatlara görə, hücum zamanı 1000 –dək şiə qətliam olunub. 
 
Nigeriya İslami Hərakatına üzv olan 220 nəfər hazırda Kaduna həbsxanasında saxlanılır. 
 
Nigeriyanın müxtəlif şəhərlərində Əhli-Beyt (ə) tərəfdarları  dəfələrlə etiraz aksiyaları keçirərək Nigeriya İslami Hərakatının rəhbəri Şeyx Zəkzaki və digər məhbusların azadlığa buraxılmasını tələb ediblər. 
 
 

Google+ WhatsApp ok.ru