Nigeriyanın 318 şəhərində Aşura günü - FOTO 30 Avqust 2020 20:30 Dünya Hicrətin 61-ci ilində məhərrəm ayının 10-da Kərbəla çölündə amansızcasına qətlə yetirilən Pəyğəmbər (s) nəvəsi İmam Hüseyn (ə) və 72 yavərinə dünyanın hər yerində müsəlmanlar küçələrə axışaraq matəm məclisləri, yürüşlər keçirir. Nigeriyada Aşura günü Hüseynsevələr Aşura gününü qeyd etmək üçün 318 şəhərində küçələrə axışaraq, matəm yürüşləri keçiriblər. Yürüş iştirakçıları “Səninləyik ya Hüseyn!”, Səninləyik ya Rəsulallah!” şüralarını səsləndirərək, ölkədə Əhli-Beyt (ə) ardıcıllarının rəhbəri Nigeriya İslam Hərəkatının baş katibi Şeyx İbrahim Yaqubi Zəkzəkinin qeyd-şərtsiz azadlığa buraxılmasını da tələb ediblər. Nigeriya rejiminin təhlükəsizlik qüvvələri bəzi yerlərdə Aşura yürüşlərinə mane olmağa cəhd etsələrdə, kütlənin qarşısını ala bilməyiblər. Polis yürüşlərə mane olmaq məqsədilə Nigeriya İslam Hərakatının bəzi alimlərini həbs etmək istəyib. Aşağıdakı fotolar Nigeriyanın Qonbe, Suleya, Bauci və Funtua şəhərlərindəki Aşura günü matəm tədbirlərindən çəkilib. / deyerler.org/ Teqlər : #Nigeriyanın,#318,#şəhərində,#Aşura,#günü,#FOTO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Fransada insanlar küçələrə axışdı: İstəmirik... Borrel: Rusiya, Çin və Türkiyə oyun qaydalarını dəyişdirməyə çalışır
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO