Nigeriya sakinləri kəfən geyinib  küçələrə çıxdı - FOTO

Nigeriya sakinləri kəfən geyinib küçələrə çıxdı - FOTO

-- `Şeyx Zəkzəkiyə azadlıq!` tələbilə

Nigeriyadakı İslam Hərəkatının Gənclər Forumunun on minlərlə üzvü ölkədə Əhli-Beyt (ə) ardıcıllarının rəhbəri Şeyx İbrahim Yaqubi Zəkzəkinin azadlığa buraxılması tələbilə paytaxt Abucada etiraz yürüşü keçirib.
 
Maide.Az "deyerler.org"-a istinadən xəbər verir ki, yürüş mitinqdə şahzadə Deji Adeyanju və pastor Yohanna Buru da iştirak edib.
 
Nümayişçilər Şeyx Zəkzəkiyə sədaqətlərini bildirən şüarlar səsləndirərək, heç vaxt hökumətin qəddarlığına təslim olmayacaqlarını bildiriblər. Mitinq iştirakçıları Şeyx Zəkzəki azad edilənə qədər Abucanı tərk etməyəcəklərini bildiriblər.
 
Xatırladaq ki, Nigeriyadakı İslam Hərəkatı sonuncu bəyanatında Şeyx Zəkzəkinin son vaxtlar vəziyyətinin daha da pisləşdiyini açıqlamışdı.
 

Google+ WhatsApp ok.ru