Nigeriya xalqı Şeyx Zəkzəkiyə azadlıq tələbilə yenidən küçələrə çıxdı

Nigeriya xalqı Şeyx Zəkzəkiyə azadlıq tələbilə yenidən küçələrə çıxdı

Nigeriya xalqı ölkədə Əhli-Beyt (ə) ardıcıllarının rəhbəri Şeyx İbrahim Zəkzəkinin azadlığa buraxılması tələbilə yenidən küçələrə çıxıb.
 
Maide.Az "deyerler.org"-a istinadən xəbər verir ki, Nigeriya İslam Hərəkatının təşkilatçılığı ilə yanvarın 8-i paytaxt Abuca küçələrində keçirilən yürüş Federal Katiblik, Ədliyyə Nazirliyinin və İnsan Haqları Komissiyasının binasının qarşısında başa çatıb.
 
Əllərində Şeyx Zəkzəkinin şəkillərini daşıyan etirazçılar Federal Ali Məhkəmənin Şeyx Zəkzəki və xanımı barədə çıxardığı qərarının hökumət tərəfindən hələ də icra edilməməsini qınayıblar.
 
Nümayişçilər Şeyx Zəkzəki və xanımı Zinət İbrahim ilə həbsdə olan bütün İMN fəallarının dərhal və qeyd şərtsiz azadlığa buraxılmasını tələb ediblər.
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru