Nigeriya xalqı ölkə şiələrinin rəhbəri Şeyx Zəkzakinin azadlığını tələb edib - FOTO

Nigeriya xalqı ölkə şiələrinin rəhbəri Şeyx Zəkzakinin azadlığını tələb edib - FOTO

Ötən gün Nigeriya xalqı dinc aksiya keçirərək ölkə şiələrinin rəhbəri Şeyx Zəkzakinin azadlığını tələb edib. 
 
Maide.Az xəbər verir ki, paytaxt Abuca şəhərində təşkil olunan etiraz aksiyasında Şeyx Zəkzakinin durumunun ağır olduğuna görə tez bir zamanda azadlığa buraxılmasını tələb edilib.  
 
Etiraz aksiyası Nigeriya İslami Hərəkatının dəstəyi ilə keçirilib.  Polis etirazçıları dağıtmaq üçün  gözyaşardıcı qazdan istifadə edib. 
 
Qeyd edək ki, bundan öncə Nigeriya İslam Hərəkatının rəhbəri Şeyx İbrahim Zəkzakinin qardaşı oğlu Yəqub Zəkzaki Şeyx Zəkzakinin sağlamlığının təhlükə altında olduğunu bildirmişdi. “Şeyx Zəkzakiyə hazırda saxlanıldığı yerdə güclü həkim nəzarəti lazımdır. Nigeriya hökuməti Şeyx Zəkzakini hazırda Abucada bir evdə dustaq saxlayır. Bu ev təhlükəsizlik qüvvələri tərəfindən qorunur və əldə etdiyimiz məlumata görə Şeyxin sağlamlıq durumu təhlükədədir və ona xüsusi tibbi xidmət göstərilməlidir”. 
 
Xatırladaq ki, 2015-ci ilin dekabrın ortalarında Nigeriya ordusu Zaria şəhərində şiələrin toplaşdığı Bəqiyətullah hüseyniyyəsi və Nigeriya İslami Hərakatının rəhbəri, ölkə şiələrinin lideri Şeyx Zəkzakinin evinə hücum edib. Hücum zamanı təqribən 2000 nəfəri öldürmüşdü. Bundan sonra Şeyx Zəkzaki xanımı ilə birlikdə həbsxanaya göndərilib. Onun 3 övladı şəhid edilib. İnsan haqları təşkilatları Nigeriya ordusunun Kaduna əyalətində Zaria şəhərinə hücum zamanı ən az 300 Əhli-Beyt (ə) tərəfdarının öldürüldüyünü elan edib. Bəzi məlumatlara görə, hücum zamanı 1000-dək şiə qətliam olunub. Nigeriya İslami Hərakatına üzv olan 220 nəfər hazırda Kaduna həbsxanasında saxlanılır. 

Google+ WhatsApp ok.ru