Nigeriya xalqı `Zəkzəkini öldürməyin!` şüarı ilə hökumətə və prezident Muhammadu Buxariyə səsləndi

Nigeriya xalqı `Zəkzəkini öldürməyin!` şüarı ilə hökumətə və prezident Muhammadu Buxariyə səsləndi

Şeyx Zəkzəki və xanımının sui-qəsd və terror edilmə qorxusu ilə naməlum bir məkana köçürülməsilə bağlı xəbərlər yayılandan sonra, Nigeriya İslam Hərəkatının Akedemik Forumunu Bauci şəhərində mitinq keçiriblər.
 
Nümayişçilər əllərində Şeyx Zəkzəkinin şəkillərini daşıyaraq, hökumətdən və prezident Muhammadu Buxaridən Şeyx Zəkzəkinin azad edilməsi üçün məhkəmənin qərarının dərhal yerinə yetirməsini tələb ediblər. Nümayişçilər hökumətə "Zəkzəkini öldürməyin!" şüarı ilə çağırış ediblər.
 
Qeyd edək ki, Nigeriya İslam Hərəkatının baş katibi və ölkədə əhli Beyt (ə) ardıcıllarının rəhbəri Şeyx İbrahim Zəkzəki və xanımı sui-qəsd və terror edilmə qorxusu ilə naməlum bir məkana köçürülüb. Nigeriya İslam Hərəkatının sözçüsü İbrahim Musa mövzu ilə belə danışıb: "Əlimizdə ki, möhkəm məlumatlara əsaslanaraq, Nigeriya hüquq-mühafizə orqanlarının Şeyx İbrahim Zəkzəki və xanımı Zinət İbrahimi zorla naməlum bir məkana apardıqlarını və əmrin yüksək səviyyəli orqanlardan verildiyini bilirik".
 
İbrahim Musa Nigeriya Milli Təhlükəsizlik İdarəsinin məhkəmənin hökmünü icra edib Şeyx Zəkzəki və xanımını azad etmək əvəzinə, Şeyx Zəkzəkiyə sui-qəsd təşkil olunacağı bəhanəsilə həbsdə saxladığını deyib. (deyerler) /
 
Nigeriya xalqı "Zəkzəkini öldürməyin!" şüarı ilə hökumətə və prezident Muhammadu Buxariyə səsləndi
 
Nigeriya xalqı "Zəkzəkini öldürməyin!" şüarı ilə hökumətə və prezident Muhammadu Buxariyə səsləndi
 
 
 

Google+ WhatsApp ok.ru