Nikbət, Fələstinlilər üçün gözyaşı, sürgün və qətliam deməkdir- VİDEO

 
 
Fələstinlilərin "Böyük Fəlakət" olaraq qeyt etdiyi  Nikbət , Fələstinlilərin İsrail  rejimi tərəfindən təcrid edilməsi, siyasi, iqtisadi və mədəni sərvətlərinin  1948-ci ilində yerlə yeksan edilməsi zülmünə verdikləri addır. 
 
Maide.Az xəbər verir ki, Altmış səkkiz il əvvəl 800 min fələstinli bu günü yurd yuvalarından didərgin düşməyə məcbur edilib.
 
Beynəlxalq KİV-lərin məlumatına görə, bu gün Qərb sahili, işğal olunmuş Fələstin torpaqlarında və Qəzzada fələstinlilər  mitinqlər və toplantılar keçirməklə  Fələstinin dəyərlərini və suverenliyini qorumuğı bir daha təkidlə tələb etdilər. Onlar  fələstinlilərin  öz evlərinə qayıtmasını və öz talelərini həll etmə hüququna malik olmasunı istəyiblər. 
Bu gün həmçinin dünyanın müxtəlif ölkələrində o cümlədən  Berlində Nikbət günü münasibəti ilə geniş miqyaslı etiraz aksiyası keçirilib. 
 
 
 
Fələstinlilər bu günü "Nikbət" (fəlakət) günü kimi qeyd edirlər. 1948-ci ilin mayın 15-də yeni yaranmış işğalçı İsrail rejimi  800 min fələstinlini 530 şəhər və qəsəbədən və 662 kəndən çıxararaq məcbiri qaydada onları köç etməyə vadar edib. Elə bu gündə də Britaniya əsgərlərini Fələstindən çıxarıb. Bu addımlardan sonra yəhudilərin kütləvi şəkildə Fələstin torpaqların axını və onların orada yerləşdirilməsi əməliyyatları həyata keçirilib. Sonradan BMT Fələstin torpaqlarının təxliyəsi ilə bağlı verdiyi 181, 194, 242, 338 nömrəli qəraralara baxmayaraq, İsrail işğal edilmiş əraziləri genişləndirib və orada yeni yaşayış massivləri inşa edib.

Fələstin köçkünlərinin sayı 5 milyondan  artıqdır. Onlar  İordaniya, Livan , Suriya , Misir , Səudiyyə Ərəbistanı və digər ölkələrdə yaşayırlar.

Google+ WhatsApp ok.ru