Norveçdə İŞİD terror təşkilatı əleyhdarları yürüyüş təşkil ediblər

İŞİD-in terror və qırğınlarına qarşı Norveçdə yürüş keçirilib. Maide.az-ın məlumatına görə, yürüşə Baş nazir Erna Solberq, İslami təşkilatlar, kilsə nümayəndələri və siyasi partiya liderləri də qatılıb.
 
Paytaxt Oslonun Qrinland səmtində axşam saatlarında başlayan aksiyada fərqli dinlərə mənsub təxminən 7 min şəxs qatılıb. İŞİD ilə bu terror təşkilatının dəstəkçisi olduğunu açıqlayan Norveçdəki "Profetens Ummah" adlı dərnək əleyhinə şüarlar səsləndirən etirazçılar, Norveç Parlamenti önünə qədər getdikdən sonra burada çıxışlar ediblər.
 
İRN adından çıxış edən Məhtab Afsar ifratçılığın hər cəmiyyətdə səhv olduğunu önə gətirərək "iki həftə əvvəl hicab taxmağa başlayan qızım məktəbindəki müəllim tərəfindən təhqir olundu. Hər kəsin bu mövzuda səhv qərarlardan xilas olması lazımdır" deyə bildirib.
 
Norveç baş naziri Solberq belə hadisələrə qarşı mübarizə edəcəyini vurğulayaraq, peyğəmbərdən hədis səsləndirib. "Sizdən biriniz bir pislik gördükdə bunu əliylə dəyişdirsin, əgər buna gücü çatmazsa diliylə düzəltsin, ona da gücü çatmazsa ürəyiylə nifrət etsin. Bu da imanın ən zəif nöqtəsidir".
 
Baş nazir daha sonra nümayişə çoxlu sayda müsəlmanın qatılmasının, İŞİD-in İslamı təmsil etmədiyinə bir dəlil olduğunu qeyd edib.

Google+ WhatsApp ok.ru