Suriya rəsmisi: “Amerikalı jurnalist ötən il öldürülüb, BMT də bundan xəbərdar idi” 26 Avqust 2014 01:00 Dünya Bəşər Əsədin mətbuat katibi Bousayna Şaban amerikalı jurnalist Ceyms Foleyin edam görüntüsü ilə bağlı maraqlı açıqlama verib. Axar.az xəbər verir ki, Suriya rəsmisi jurnalistin düz bir il öncə öldürüldüyünü iddia edib: “Jurnalist indi deyil, ötən il öldürülüb”. Şaban açıqlamasında jurnalist barədə dolğun məlumata malik olduqlarını, hətta beynəlxalq təşkilatların da bundan xəbərdar olduğunu bildirib: “Jurnalist öncə Azad Suriya Ordusu tərəfindən tutulub. Sonra isə İŞİD-ə satılıb. Foley indi deyil, ötən il öldürülüb. İŞİD yalnız görüntüləri indi yayıb. Hadisə 1 il əvvəl olub. Əlimizdə dəqiq məlumatlar var. BMT də bundan xəbərdar idi”. Xatırladaq ki, terror təşkilatı ötən həftə amerikalı jurnalist Ceyms Foleyin başını kəsərək ABŞ-ı hücumlarını dayandırmağa çağırmışdı.musavat/ Teqlər : #Suriya rəsmisi: Amerikalı jurnalist ötən il öldürülüb,#BMT də bundan xəbərdar idi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Norveçdə İŞİD terror təşkilatı əleyhdarları yürüyüş təşkil ediblər Netanyahunun və Libermanın müşaviri yandırılaraq öldürülüb
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO