İnsan haqları fəalları Ərəbistanın Londondakı səfirliyi qarşısında etiraz aksiyası keçirdi - FOTO-VİDEO

Bir qrup hüquq və insan haqları fəalı Səudiyyə Ərəbistanının Londondakı səfirliyi qarşısında aksiya keçirərək tanınmış şiə ruhanisi Şeyx Nimr Baqir əl-Nimr və qardaşı oğluna çıxarılan edam qərarını pisləyib.
 
Maide.az İRNA-ya istinadən xəbər verir ki, bu aksiyada hüquq fəalları Şeyx Nimr və qardaşığ oğlu Əli Məhəmməd əl-Nimrə çıxarılan edam qərarlarının ləğv olunmasını tələb ediblər. 
 
Etirazçılar Səudiyyə Ərəbistanında insan haqlarının pozulması, demokratiya prinsiplərinə riayət olunmaması, o cümlədən seçkilərin keçirilməsinə dair üzərilərində yazılar olan plakatları əllərində tutublar. 
 
Aksiyaçılar həmçinin Səudiyyə Ərəbistanı məhkəməsinin demokratik aksiyalarda iştirak edən digər iki şiə gəncə qarşı ədalətsiz qərarını pisləyiblər. 
 
Etirazçılar həmçinin İngiltərə hökumətinin Səudiyyə Ərəbistanında insan haqlarının pozulmasına dair təkrarlanan hallara göz yummasını utandırıcı adlandırıb və onu pisləyiblər. 
 
Xatırladaq ki, Səudiyyə Ərəbistanında tanınmış siyasi məhbuslardan biri olan Şeyx Nimr Baqir əl-Nimr 2014-cü il 15 oktyabrda Ərəbistan hökumətini tənqid etmək ittihamı ilə edama məhkum olunub. 
 
Şeyx Nimrin qardaşı oğlu Əli əl-Nimr isə 2012-ci ildə 17 yaşında olarkən Ərəbistanın şərqində Qətif şəhərində hökumət əleyhinə aksiyada həbs edilib. 
 
Səudiyyə Ərəbistanının Apelyasiya və Ali Məhkəməsi 25 oktyabrda Şeyx Nimr Baqir əl-Nimrə çıxarılan edam qərarını təsdiqləyib.
 
 
 
 
 

Google+ WhatsApp ok.ru