Miqrantların qayığı batdı, 5 uşaq öldü

Maide.az xəbər verir ki, Aralıq dənizində növbəti miqrant faciəsi yaşanıb. Belə ki, Yunanıstan sahilləri yaxınlığında içərisində miqrantlar olan dörd qayıq batıb. Hadisə nəticəsində 7 nəfər ölüb ki, onlardan da 5-i uşaqdır.
 
Qayıqların batması nəticəsində dənizə düşən miqrantlardan 200 nəfəri xilas etmək mümkün olub. Qalanların taleyi hələ ki, məlum deyil. 
 
Beynəlxalq Miqrasiya Təşkilatının hesablamalarına görə, 2015-ci ilin əvvəlindən Avropaya dəniz yolu ilə 704 227 nəfər gəlib. Onlardan 3 257-si Aralıq dənizində batıb və ya itkin düşüb. 

Google+ WhatsApp ok.ru